Gizliqapilar.az Aluminium əsaslı gizli qapıların istehsalı üzrə ixtisaslaşmış fabrikdir!
Rəy bildirin
Oxumaq üçün yadda saxlayın
Gizliqapilar.az - müasir texnologiya, dəqiq idarəetmə və yüksək keyfiyyətli gizli qapılar istehsal etməklə sizə xidmət göstərməkdədir.
Şirkətimiz aluminium əsaslı gizli qapıları üstün keyfiyyətdə və ruhunuzu oxşayacaq dizaynda istehsal edərək təklif edir.
Gizli qapıların istehsalı zamanı xüsusilə diqqət yetirdiyimiz məqam keyfiyyətli materialdır. İllərin sınağından keçmiş istehsal üsullarımızla bir neçə növdə gizli qapılar istehsal edirik.
Gizli qapılarda ən çox rast gəlinən problemlərdən biri hündürlükdən asılı olaraq qapılarda əyilmə hallarıdır. Bu hallar ilə qarşılaşmamaq üçün ilk öncə şirkətimizin ödənişsiz konsultasiyalarından yararlanmağınızı tövsiyyə edirik.
Şirkətimiz aluminium əsaslı gizli qapılar istehsal edərək müştərilərin rəğbətini qazanmışdır. Bu qapıların içlik materialı ALUMİNİUMDAN, üzəri MDF-dir.
Gizli qapılarımızın kənarlıqları aluminium çərçivədən, üzəri isə cızılmayan material ilə örtülmüşdür.
Yüksək keyfiyyətli və evinizin,ofisinizin interyerinə xüsusi gözəllik qatacaq gizli qapıları bizə mürəciət edərək sifariş edə bilərsiniz!